26 Aralık 2009 Cumartesi

Güney Azərbaycan'ıŋ ulu ozanı İzmir'i ayağa qaldırdı

18 Aralıq 2009 Beşincigün axşam saat 8’də, Güney Azərbaycan’ın özgürlük səsi Araz Elsəs Türkiyə turnəsinin ilk konserti olaraq 12 il aradan sonra yenə Türkiyə’də fırtınalar əsdirdi.
İzmir Uluslararası Fuarı alanında İsmət İnönü Kültür Mərkəzi’ndə aparılan konsertə qatılan 800 nəfər üstündə, daha çox gənclərdən olmaqla hər kəsimdən İzmir xalqı və çevrə şəhərlərdən, Türk dünyasının çeşidli yörələrindən öğrəncilər və çox sayıda Güney Azərbaycanlı dinləyici 2 saat boyunca ozanın bir-birindən canlı və duyğulu mahnılarıyla coşub daşdı. Kimi zaman kövrələrək gözyaşları tökən dinləyicilər, kimi zaman da yerlərində durmadan coşqu və həyəcan içində ozanla səsləşdilər. Bu il etkinlik, qatılanların olağanüstü ilgi və marağıyla qarşılaşdı. Konsert ardından belə, özəlliklə gəncləriŋ ilgi və sevgi göstəriləri bir saatı aşqın davam etdi…
Rok çalğı ekipi Türkay Aktekin (elektro gitar), Mustafa Camcı (davul), Selim Kesen (bas gitar), Barış Göker (klavye) kimi Cəm Qaraca’ya da eşlik etmiş olan dörd usta sənətçidən oluşmaqdaydı. Atlar, Qarabağ, ‘Kolbastı’, Haray Haray Mən Türk’əm, Təbriz’im, Yazıq Saŋa, Giziroğlu kimi qrupla ifa edilən rok yorumlu parçalarıŋ və Araz’ıŋ öz yorumunu qatdığı Dağlar Dağlar, Nazar Eylə kimi Barış Manço parçaları dışında ozan öz ifâsında qopuzla Dağlar, Səlam Darağacı və qalabalıq istək üzərinə Çırpınırdı Qaradəŋiz, Kərkük və birneçə parçaya da yer verdi… İfa sırasında Bağbək Qalası Qurultayları və 2006 Güney Azerbaycan Ayaqlanması ilə ilgili yayımlanan görüntülər üzərinə Araz Elsəs Güney Azərbaycan’dakı milli zülmə diqqət çəkərək bu olğu və olaylara qarşı Anadolu Türklüўünü və danladığı Türkiyə medyasını duyarlılığa və iki toplumu ulusal dayanışma və birliўə çağırdı.
Ozanıŋ Qarabağ və Türk dünyasınıŋ körpüsü və çıxış yolu olaraq tanımladığı Güney Azərbaycan sorunu və başqa çıxışları şiddətlə dinləyiciləriŋ olumlu təpkiləriylə yaŋqılandı.
Araz Elsəs’iŋ Hoydu-Hoy, Sevgili Yurdum, Ozan & Uşaqlar, Üsküdar, Gökbörü, Şanlı Təbrizim, Bu Qan Yerdə Qalmayacaq, Haray Haray Mən Türk’əm mahnılarından oluşan Haray adlı son albomu da bu etkinlik sıraında Türk izləyicilərinə sunuldu.
BİRKOM və Azərbaycan Kültür Dərnəўi girişimi və birçox sivil qurum və könüllülərin dəstək və qatqılarıyla gerçəkləşən bu hamıyaaçıq konsertiŋ ardından Türkiyə’niŋ diўər yerlərində də sıra konsertlər planlanmışdır.

Hiç yorum yok:

Yorum Gönder